Roza Əliqızı – Təşəkkürlər Cənab Ali Baş Komandan

Ali Baş Komandan var olun,Qazilərimiz haqqında Fərmana görə

Azərbaycan Rrspublikasının P•rezidenti ,Ali Baş Komandan Cənab Ilham Əliyevin imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə veriləcək.
1.1 dərəcə əlilliyə görə-8.800manat
2.2 dərəcə əlilliyə görə – 6 600 manat;
1.3. III dərəcə əlilliyə görə – 4 400 manat;
1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə.
2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir;
2.2. bu Fərmanın 5.1-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir.
3. Birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılsın:

Bu fərman ərazi bütövlüyümüz uğrundan hər an canındañ keçməyə hazır olan vətənimizin igid döyüşçüləri üçün,Cənab Ali Baş komandanımızın növbəti diqqət və qayğısıdır ki, qazilərimizin ailələri,övladları heç vaxt demeyecekler ki “sən vətən üçün ayağını,gözünü ,qolunu qoydunsa,vətən sənə nə verdi?”..

Bəli bunu heç kim deməyəcək çünki Vətənimizin də,Dövlətimizin də,Cənab Ali Baş Komandanımızın da hər an diqqəti,qayğısı onların üstündədir.
Cənab Ali Baş Komandan deyəndə deyəndə gözümüz önünə Qarabağ və döyüşçülərimiz gəlir,Cənab Ali Baş Komandan deyəndə Qarabağ Zəfərini xatırlayırıq.
Ilham Əliyevin imzaladığı bu fərman ,Qaŕabağ uğrunda mübarizə aparan igid döyüşçülərimizə verilən yųksək dəyərin nəticəsidir.

Bu Fərmanın gənc və yeniyetmələrin hərbi vətənpətvərlik ruhuna müsbət təsir edəcəyinə eminəm və əsgər ailələri,o cümlədən xalqımız da həqiqətin harda olduğunu yaxşı biləcək,Dövlətimuzin Ali Baş Komandanımızın daim onlarla olduğunu hiss edəcək.

Bu fərman ,rəhbəri olduğum”Əsgər Ailəsi Cəmiyəti”Vətənpərvərlihin Təbliği Ictimai Birliyi idarə heyətinin bu günkü toplantısında alqışla qarşılanmış,Qarabağ döyüşlərində vuruşan hərbiçilərimuzə verilən yüksək mükafata görə Cənab Ali Baş Komandan Ilham Əliyevə təşəkkürlərini bildirmişlər.
Dövlətimiz və Rəhbərimiz hər an bizlərin yanında olduğu üçün qürur duyuruq
Yaşa cənab Ali Baş Komandanımız!
Roza Əliqızı
1-ci və 2-Qarabağ müharibəsinin iştirakçısı

Hünər.info

About Author

Comments are closed.