Zəngəzurda vəziyyət son dərəcə gərgin olaraq qalmağa davam edir

Elmar Hüseyin
herbi ekspert
Zəngəzurda vəziyyət son dərəcə gərgin olaraq qalmağa davam edir. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Nəşr qeyd edir ki, Ermənistan Müdafiə Nazirliyi bir müddət əvvəl ölənlərlə bağlı məlumat versə də, onların dəqiq sayını açıqlamır. “Sünikdəki vəziyyətlə bağlı əldə etdiyimiz məlumata görə, hazırda əsir götürülmüş 11 erməni hərbçisi var, 30-a yaxın hərbi qulluqçu həlak olub, 50-yə yaxın yaralı var, 100-ə yaxını isə itkin düşüb. Qeyd edək ki, Qızıltəpə istiqamətində qızğın döyüşlər gedir, bu, Ermənistanın ən dar sərhədidir, Qızıltəpədən Naxçıvana qədər olan hissə cəmi 60 kilometrdir. Bizə Müdafiə Nazirliyindən də məlumat daxil olur, bütün komanda heyəti hazırda Müdafiə Nazirliyinin bunkerlərindədir, Papikyan səhər saatlarından məsləhətləşmələr aparır. Qarabağ müharibəsi ssenarisinə uyğun olaraq, hakimiyyət məlumatları gizlətməyə və ya yarı-açıqlamağa davam edir, təkcə spikerlər və informasiya şöbələri deyil, həm də məmurlar telefonlarını söndürüblər. Əldə etdiyimiz məlumata görə, Azərbaycan “Bayraktar” tipli PUA-lardan da istifadə edir”, – deyə nəşr bildirib.
Elmar Hüseyin
herbi ekspert
hünər.info

About Author

Comments are closed.