Gazı Qrad Salman

Hərbi hissədə hər kəs onu belə çağırırdı,,Qrad Salman,,
Qrad ləqəbli salman Əsində Salman Səddər oğlu Abbasovdur. O Sabirabad rayonu Qruzma kəndində doğulub . 1992 ci illərdəki Qarabağ uğrunda mübarizə, çoxu kimi onu da Qarabağa yollayıb.
Sabirabad rayon hərbi komissarlığından cəbhə bölgəsinə göndərilən Salman Abbasov öncəTərtərdə xidmət etsədə,sonradan O Ağdərəyə göndərilir.
Ağdərədə Vəng ,Doşanlı,Qozlukörpü,Drambon.Sərsəng su anbarı,Turbaza və Çıldırana kimi döyüş bölgələrində xidmət edən
Salman Abbasov cəsurluğu ilə komandirin diqqətini cəlb edir. Sonralar fəxri fərmana layiq görülür.
Qrad Salman ləqəbli Salman atəşkəsdən sonra hərbi xidmətini başa vurub evlərinə dönür.
2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamani Salman Abbasov, yenidən döyüş bölgəsinə getmək üçün müraciət etsədə ama ona lazım olsa xəbər edəcəyik deyə cavab verilir.
Füzuli döyüşlərində Horadizdəykən Salman Abbasov bizi görən kimi yaxınlaşıb özünü təqdim etdikdən sonra onu tanıdıq. -Müraciət etdim məni yenidən döyüşə göndərsinlər ama lazm gəlsə xəbər edərik deselərdə mən dayana bilmədim dedi və gətirdiyi yardımlarla əsgərlərin yanında onlara dəstək olmaq istəyini bildirdi.
Bəli,Vətənə xidmət edən, vətən üçün hər an canından keçmək istəyən çox oğullarımız var ki, onları da bu xalqa tanıtdırmaq bizlərin borcu…
Qrad Salmanı tanıyaq.
A. Günəş
Huner.info

About Author

Comments are closed.