Roza Əliqızı- ,,Eşidəndə ki, müharibə başlayacaq həmən Azərbaycana gəldim,,

Roza Əliqızı- ,, Mən Bu Döyüşləri Yalnız Filmlərdə Görmüşdüm
Müsahibimiz Qarabağ müharibə iştirakçısı, hərbi jurnalist ehtiyatda olan zabit Roza Əliqızıdır.
-Roza xanım çoxdandı Azərbaycanda yox idiz?
-Bəli Mən Türkiyədəydim rəhbəri olduğum ,,Əsgər Ailəsi Cəmiyyəti,,Vətənpərvərliyin Təbliği İctimai Birliyinin Türkiyə Şöbəsini yaratmaqla məşğul idim həmdə qızım orda tələbədidir. Məlumat aldım ki, Azərbaycan sərhədlərini ermənilər durmadan pozduğuna, atəşə tutduğuna görə sentyabrın 28 də Azərbaycan tərəfi də hücuma keçib 27 il işğal altında olan torpaqlarımızn geri qaytarılması üçün mübarizəyə keçəcəklər.Mən bu məlumatı alan kimi artıq sentyabrın 28 də Azərbaycandaydım və bir neçə gün sonra cəbhə bölgəsinə getdim,Füzuli .Cəbrayıl və Zəngilan döyüşlərində əsgərlərimiz arasında oldum,qürur duyulası anlar idi.
mən 30 ilə yaxındır ki cəbhə bölgəsinə gedib gəlirəma.ama bu dəfə fərqli idi gördüyüm hər şey
-Məsəslən nə fərqli idi?
-Çox şey fərqli idi, əsgərlərimizin duruşu,üz-gözlərindəki təbəssüm və sevincləri,cəsarəti ürəklə danışmaları,sanki hər kəs qələbə üçün döyüşə hazırlaşır və qələbə olacağına inanırdılar. 1992-ci illərdə mən döyüş bölgələrinə gedəndə bu əhvali ruhiyyəni görmürdüm,onların üzlərindəki qəm kədər məni çox qəmlndirirdi. Mən işğal vaxtı o yerlərdə döyüşlərdə çox olmuşam, əsgərlərimiz döyüşə girirkən hər hansı bir yüksəkliyi alırkən birdə eşidirdik arxadan əmr gəlirdi,,döyüşü dayandırın geri çəkilin,,ama bu əmrləri kim verirdi heç kim bilmirdi,Laçın gözümün önündən getmir, döyüşçülərimiz Laçından çıxıb silah sursatlarını biizm Xanlıq kəndindəki,Şəhidlər abidəsinin önünə töküb getdilər, onda da sualıma eyni cavabı almışdım ,bizə belə əmr gəlib döyüşü dayandırın geri çəkilin,,. Mən o vaxtı çalışdığım Ordu qəzətində bu barədə bir yazı yazmışdım ,,Əmr verənlər,, başlığı ilə.sonralar bunu kitabıma da saldım.
-Bəs indi necə idi yenə əmr verənlər var idimi?
-Əmr verənlər var idi ama bu dəfə geriyə çəkilmək yox düşməni məhv edərək irəli gedib torpaqlarımızı işğaldan qurtaqmaq üçün candan keçmək…həqiqətən də belə oldu, igid əsgərlərimiz canlarından keçdilər torpaqlarımız azad oldu çoxlu sayda şəhidlər
verdik onların qanı bahasına qeyretləri naminə ləkələnmiş adımız özümüzə qayıtdı, erməni əlində olan qız -gəlinlərimizin qisası alındığına görə içimdə bir rahatlıq var ki.
Mən 20 yaşında Xocalıda əsir düçmüş və bir erməni əsiri ilə dəyişilərək vətənə qaytarılan bir qızımızla söhbət edib onunla müsahibə almışdım,inanırsız ki o müsahibədən sonra mən bir il sarsıntı keçirmişəm? heç bilirsiz o nələr danışırdı, mən erməninin dədə-baba düşmənimiz olduğunu bilirdim,onların şərəfsizliklərini uşaq vaxtı böyüklrimdən eşitmişdim içim dolu kin idi,buna görə Azərbaycandan kənarda xarici ölkələrdə keçirdiyim konfranslarda hər dəfə bunu təkrar edirdim,,erməni dədə-bab düşmənlərimiz,düşmənlə dost olunmur intiqam alınır ,, şükürlər olsun Allaha artıq o günü bizə göstərdi,intiqamımız alındı.
-Roza xanım hansı bölgələrdə oldunuz?
-Söhbətimin əvvəlində dedim axı,öncə Füzulidə oldum,əsgərlərimizlə top səsləri altında söhbət etdim müsahibə götürdüm, komandir xahiş etdi bu müsahibələri mətbuatda dərc etməyim, zərərimizə işləməsin deyə çəkdiklərimi arxivimə atdım bu elə bir döyüşlər idi ki, bu döyüşləri mən yalnız filmlərdə görmüşdüm,birdə çox qürur verici idi, komandirlər məni qoruyur döyüşə girməyə qoymurdular
Mən çəkdiklərimin hansı ki yeri bəlli olmamaqla və ya yerini səhv göstərməklə bəzilərini facebook səhifəmdə paylaşırdım, sonra isə Cəbrayıl və Zəngilanda mənə elə gəlirdi ki,yuxu görürəm indicə yuxudan oyanacam,ama bu yuxu deyildi doğulduğum böyüdüyüm torpaqların qoxusu burnuma gəldikcə və ətrafa baxdıqca mənə çatmırdı nəsə,cevinc hisləri ölmüşdü içimdə sanki, hansı ki,mən 30 il bu torpaqların azad olması üçün , Qarabağ gerçəkliklərini yaymaq
üçün təbliğat aparmışam xarici ölkələrdə.
Bəs doğulduğunuz Qubadlının alınması günü hansı hislər keçirdiniz?
-Mən Qubadlını hər zaman yuxularımda görərdim,sanki heç ondan ayrılmadım kimi, Ali baş komandanın müraciətindən öncə döyüşçülərimiz Prezidentə Qubadlının alınma raport videosunu mənə göndərdilər,məndə dözə bilməyib səhifəmdə paylaşdım, yorumlar yazıldı həmən, bu videonun gerçək olmadığını yazdılar, 10 dq sonra Prezidentin Twitti gəldi Qubadlı şəhəri işğaldan azad olundu deye, ama Şuşanın azad olma xəbərini Ali Baş Komandanımız cənab İlham Əliyev elan edəndə, zatən bilirdim bunu ama o anda ağlayıb içimi tökdüm, sevincdən ağlamaqdan başqa dünyada gözəl bir hiss yoxmuş ki? mən 30 ildir ağlayırdım,hər dəfə yazılarımda göstərirdim mən ağlayanda dağlar daşlar əriyir, indi də deyirəm ki,mən güldüm sevindim dağlar daşlar da güldü sevindi mənim gülüşümə sevincimə.
Allah xalqımıza bu sevinci yaşadan Ali Baş Komandanımızdan razı olsum min kərə.
-Roza xanım çəkdiklərinizi xarici mətbuata yaydınızmı?
-Yox sadəcə müsahibələr verdim tanıdığım Türkiyə mətbuatına,döyüşün qızğın vaxtlarında canlı yayım və ya skayp üzərindən bunu istsələr də razılıq vermədim, indi isə bundan sonra rahat müsahibə vermək olar
– Roza xanım bir sualım var sizə axı cəbhə bölgəsinə icazə verilmirdi heç kimə siz necə olurdu oralara gedə bilirdiz?
-Bu sualı çoxları verir mənə,inanın ki bu 30 ildə, mən 1988-ci ildən cəbhə bölgələrinə gedib glən ilk jurnalistlərdənəm hələ bu vaxta qədər icazə almamışam və hər zaman ön xətdə olmuşam,artıq komandirlər məni tanıyırlar,birdə məni Allah ora götürür çünki bu mənim alnıma yazılan bir yazıdır, mən nəinki bizim ordumuza hətta dəfələrlə Türkiyə ordusunda da olmuşam heç yerdən icazə almadan, cəmi bircə dəfə Türkiyə Jandarma komondo komutanlığında görüşüm konfransəm vardı yüksək rütbəli zabitlərlə bax onda icazəm vardı,bunu bizim Xarici İşlər Nazirliyi təşkil etmişdi .qalan görüşlər öz şəxsi xəttimlə olub. Təsəvvür edin ki, biz Füzuli.Cəbrayıla gedirik, postlarda hər kəsi yoxlayır və geri qaytarırdılar, mən isə keçirdim sanki məni görmürlər qəribədir ona görə deyirəm məni Allah ora göndərir. yaxşı yadımdadır,1994-cü ildə Horadiz döyüşlərində ora getdim rəhbəri olduğum,,Hünər,, qəzetinin birbaşa döyüşdən xüsusi buraxılışını hazırlayacaqdım, məlumat  gəldi ki, Nəcməddin Sadıqov buralardadır,xəbər tutub deyib ki onu geri qaytarın,əsgərlərimiz bunu mənə deyəndə mən dedim ki,yaxşı mən inad edib horadiz döyüşünə girsəm nə edərsiz?, onlar dedilər arxadan vurarıq, mən maşınımıza oturub sürücüyə irəli sür dedim, biz getdik ama əsgərlərimiz mənə atəş açmadılar və mən Horadiz döyüşlərindən birbaşa ,,Hünər, qəzetinin xüsusi buraxılışını hazırladım. Bilirsiniz o vaxtlar 1992 94 cü illərdə müdafiə Nazirliyi ilə əməkdaşlıq edirdim, cəbhə bölgəsinə əsgərlərimizlə tez tez görüşür ailələrinə vasitəçilik edirdim bir sözlə ordumuza canımla xidmət etmişəm bu vaxta qədər,çox xidmətlərim olub və çox şeylər görmüşəm mərd cəsur oğullarımızı da,nankor və satqınları da, inşalalh bütün bunlar arxivimdə qalır gələcək yazılarımda yer alacaq.
-Təşəkkür edirik vaxt ayırdığınız üçün tutduğunuz bu şərəfli yolda sizə uğurlar arzulayırıq Roza xanım
X.Şahlarqızı
Huner.İnfo

About Author

Comments are closed.