Roza Əliqızı -Yenidən Dünyaya Gəlsəydim Yenə Hərbi Jurnalist Olardim

Bəlkə də bu alın yazimdir -hərbi jurnalist olmaq

Uşaqlıqda yuxularımda  hər vaxt müharibə görərdim, savaş görərdim və özümü hərbi formada  bu müharibənin,səngərlərin arasinda,birdə partizan kim düşmənə qarşı yeni planlar hazirlamağı düşünərdim.

Yuxudan oyandıqda isə düşünərdəm ki,yaşadiğımız SSR-nin ,,güllü-çiçəkli,, dönəmində müharibə hardan olsun , nədən mən bu yuxuları görürəm ki?…

Amma bu yuxular məni hərbiçi olmağa həvəsləndirmişdi. Bir gün babama dedim,,-baba məni hərbi məktəbə apararsanmi mən hərbiçi olmaq istəyirəm?,, Babam aparardım təəssüf ki qizlari hərbi məktəbə almırlar deyəndə çox məyus olmuşdum.

İllər keçdi,  mən hərbi məktəbə daxil olmasam da içimdəki bir başqa arzuya çatmış jurnalist olmuşdum

Tələbə ikən AZTv -yə gedib gələr verlişlər hazırlayardım. Qismətimə hərbi redaksiyada əməkdaşlıq etmək olmuşdu,Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşər,onlardan reportajlar hazırlayar,müsahibələr alardım .

Beləcə  tələbə ikən AzTv-nin ,Hünər, adli proqramında əməkdaşlığım həvəsimi artırdığı anlarda isə  Qarabağ müharibəsi başladi. Beləcə mən ermənilərin işğal etdikləri bölgələrə gedib ordan reportajlar hazırlayıb gətirib mətbuatda müxtəlif qəzetlərdə yayardım.

Mən 1988-ci illərdə cəbhəyə gedən ilk jurnalistlərdən biri idim. Müstəqil jurnalist kimi  cəbhənin ermənilər tərəfdən atəş açılan bölgələrinə tez-tez gedər reportajlar yazardım ordan.

Cəbhə bölgəsindən ilk yazım ,,Səhər,,qəzetində dərc edilmişdi əlimdə avtomat şəkilimlə bərabər.

Bir gün məni ,,ORDU,, qəzetinə dəvət etdilər,bu mənim həyatımda ən sevincli günüm kimi yaddaşıma həkk olundu, deməli mən daha tez-tez savaş bölgələrinə gedib yazılar hazırlayacaqdım.

Beləliklə mən münaqişə bölgələrinə ezam olunardım,Qazax-Tovuz, Ağdam-Füzüli-Zəngilan,Qubadlı və Laçına, gedtiyim bölgələrdə əsgərlərimizlə hər görüş məni yeni yazılara ruhlandırır və alışqanlığa çevirirdi.

Yeri gəlmişkən onu deyim ki,o vaxt cəbhə bölgəsinə gedən jurnalistlər çox az idi,barmaqla göstərmək olardı

Daha sonra mən 1992 -ci ildə rəsmi hərbi xidmətə çağrıldım DİN DQBİ -xidmət etdim, komandanım bir gün mənə daxili qoşunnların orqanı olan yeni ,,Əsgər,, qəzetinin hazirlanması əmrini verdi. Mən ,, Əsgər,, qəzetinin nizamnaməsini hazırlayıb Mətbuat Nazirliyinə getdim, Sabir Rüstəmxanlıya nizamnaməni təqdim etdim və hər gün ,, Əsgər,, qəzetinin başlığını necə yazmağı düşünürdüm. Əsgərlərimizdən yazıb gətirənlər olurdu.Ama bizdə xidmət edən Mərdan  adlı hərbiçimiz daha gözəl yazmışdı bu başlığı.

Beləliklə  mən ,,Əsgər,.qəzetini hazırladım rəsmi olaraq məni bu  hərbi qəzetin Redaktor müavini təyin etdilər…ama müəyyən səbəblərdən  burda qalıb işləmək mənə nəsib olmadı bir müddət sonra mən ordan ayrılıb ,,Hünər,, adlı müstəqil ordu qəzeti yaratdım taleyimi yenidən səngərlərə həsr etdim.ən ağır döyüşlərdə əsgərlərimizlə çiyin çiyinə olub onların qəhrəmanlığını əks etdirən yazılar hazırladım.

Həyatım,taleyim beləcə səngərlərdə keçdi bu günə qədər elə bir cəbhə bölgəsi olmadi ki,orda olmayım.

Müharibədə nələr görmədim mən,nələr yaşamadım ki?  Mən müharibədə mərd hər an vətən uğrunda canını qurban verməyə hazır olan oğullarımızı,nəinki oğullarımızı hətta qızlarımızı da gördüm. Onlar qəhrəmanlıqları ilə tarixə iz qoydular… Mən bu qəhrəmanlıqlarla yanaşı amma xeyanətkar və satqınlar da gördüm ki,onlar da bununla iz qoydular tarixə

Nə az, nə çox,düz 30 il keçdi,bu 30 il ərzəndə heç nə dəyişmədi.

Dəyişən isə Torpaqlarımız uğrunda canını verən şəhidlərmizin artmasi, xidmət edən qazilərimizi yeni hərbiçilərlə əvəz etməsi və  bir də mənim yaşlanmağım. Az ömr deyil ki, bir igidin ömrü  30 il.

30 il cəbhə bölgələrinə get-gəl edərək yazılar yazdım xüsusi buraxılışlar hazırladim, gəncliyim cəbhə bölgələrində əsgərlərimizlə görüşlərdə keçdi , çox əziyyətlər ve xəyanətlər gördüm özümə qarşı, çox həyəcanlı günlər yaşadım, mühasirələrdə qaldım, içimizdəki sapı özümüzdən olan baltalar vurmaq doğramaq yox etmək istədi məni, bacarmadılar, erməniyə aparmaq satmaq istədilər amma  yenə olmadı,Allah qorudu məni  İndi də gördüyüm işlər gözləri götürməyənləri çartlatmaqda… və bundan heç peşiman olmadım yorulmadım,çünkü üreklə həvəslə bu peşəni seçib ona bağlandım.

Əgər məndən soruşsalar ki,yenidən dünyaya gəlsəydin bu peşəni seşərdinmi? düşünmədən deyərdim-bu mənim alın yazımdır ki,Allahıma şükür edirəm bu yazını alnıma yazdığı üşün. Çətindir.əziyyətlidir qorxu həyəcan var,ama bir o qədər də şərəfi var.

Vətənimizin keşiyini şəkən əli silahlı şərəfli  əsgərlərimiizn qəhrəmanlığını qələmə alib xalqa şatdırmaq.Bundan  şərəfli peşə yox məncə.

Alnıma hərbi jurnalist olmağı yazan Tanrımdan bİr istəyim var- Qarabağda ,Şuşada,doğulduğum Qubadlıda, Laçında və digər işğal altında olan torpaqlarımızda  qələbə çalan əsgərlərimizdən  reportaj hazırlamaq!… Tanrım bunu mənə nəsit etsin inşalalh!

Roza Əliqızı

Hünər.info

 

About Author

Comments are closed.