Müdafiə Naziri Zakir Həsənov Moskvadakı Hərbi Paradda İştirak Edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Paradda  Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət nümayəndə iştirak edəcək

hüner.info

About Author

Comments are closed.