Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev ərazidəki qərargah, tədris binası və tibb məntəqəsi ilə tanış olub.

Məlumat verilib ki, bütün binalar müasir mebel və avadanlıqla tam təmin olunub. Hərbi hissədə xüsusi təyinatlıların peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün lazımi şərait yaradılıb. Hərbi hissənin maddi-texniki bazasının daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

About Author

Comments are closed.