
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilib.
Bu barədə Azvision.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə Tofiq Tağıyev yuxarı vəzifəyə – Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində baş kardioloq vəzifəsinə təyin edilib.