Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər –

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq, hərbi poliqonda kursantların intensiv hazırlığı həyata keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.

Kursantlar zirehli texnikadan istifadə vərdişlərini təkmilləşdirib, şərti düşmən hədəflərinin atəşlə məhv edilməsi çalışmalarını və digər praktiki tapşırıqları yerinə yetiriblər.

About Author

Comments are closed.